Üçüncü lövhədə birinci yeri tutdu, AÇ-də qızıl medala layiq görüldü

04:00 Şahmat 76
Üçüncü lövhədə birinci yeri tutdu, AÇ-də qızıl medala layiq görüldü

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalar arasında Avropa çempionatının bağlanış mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə komandalarla yanaşı lövhələr üzrə fərqlənən şahmatçılar da təltif olunub.

Azərbaycan şahmatçılarından Eltac Səfərli üçüncü lövhədə birinci yeri tutmaqla qızıl medala layiq görülüb. Şahmatçı 3 qələbə və 4 heç-heçə sayəsində bütün həmkarlarını qabaqlayıb.

Qadın şahmatçılardan isə Gülnar Məmmədova dördüncü lövhədə üçüncü yeri tutub. 8 turda 6 qələbə qazanan G.Məmmədovaya bağlanış mərasimində bürünc medal təqdim olunub.

Tədbirdə Avropa çempionatında ikinci yeri tutan kişi şahmatçılardan ibarət Azərbaycan komandasının üzvlərinə gümüş medal, diplom və kubok verilib.

Mükafatları Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təqdim edib.

Xəbər Lenti
15 Oktyabr 18:10 Çək və bizə göndər!
15 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Oktyabr 09:20 "Qarabağ"da ŞAD XƏBƏR!