Komandamız dördüncü dəfə Avropa çempionu ola bilmədi

15 Oktyabr 02:30 Şahmat 540
Komandamız dördüncü dəfə Avropa çempionu ola bilmədi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.

Sportinfo.az xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 13 xal olan Azərbaycan millisinin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.

Azərbaycan millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü