Azərbaycan komandası Avropa çempionatında birinci pilləyə yüksəldi

14 Oktyabr 03:30 Şahmat 658
Azərbaycan komandası Avropa çempionatında birinci pilləyə yüksəldi

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında birinci pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, buna yığmanın VIII turda Ukraynaya qalib gəlməsi səbəb olub.

Qarşılaşma komandamızın 2,5:1,5 hesablı qələbəsi ilə yekunlaşıb. Yığmanın heyətində Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Eltac Səfərli mübarizə aparıblar.

Yeganə qələbə Rauf Məmmədovun aktivinə yazılıb. Şəhriyar Məmmədyarov, Eltac Səfərli və Aydın Süleymanlı rəqibləri ilə bərabərə qalıblar.

Kişilərdən ibarət milli sonra bir tur qalmış 13 xalla Ukrayna komandasını qabaqlayaraq birinci yerdədir.

İsveçrə sistemi ilə keçirilən Avropa çempionatı oktyabrın 14-də başa çatacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!