Dünya artıq onu tanıyır - Azərbaycan tarixində ilk dəfə...

1 Dekabr 2017 14:48 Şahmat 823
Dünya artıq onu tanıyır - Azərbaycan tarixində ilk dəfə...

FIDE dünya şahmatçılarının yeni reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ölkə tarixində ilk dəfə 3-cü pilləyə yüksəlib.

Hazırda 2799 xala malik 32 yaşlı qrossmeyster yalnız norveçli dünya çempionu Maqnus Karlsen (2837) və ermənistanlı Levon Aronyandan (2805) geri qalır.

Teymur Rəcəbov 2 pillə irəliləyərək 2748 xalla 17-ci pillədə qərarlaşıb. Ən böyük sıçrayışa isə Rauf Məmmədov nail olub.

2709 xala malik 29 yaşlı şahmatçı 18 pillə irəliləyib və 40-cı mövqeyə yüksəlib. 2705 xalı olan Arkadi Naydiç isə 1 pillə irəliləyib. O, hazırda 43-cüdü.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i