Nicat Abbasov “Baku Open-2017” festivalında 1-ci oldu

24 Noyabr 2017 00:10 Şahmat 714
Nicat Abbasov “Baku Open-2017” festivalında 1-ci oldu

Azərbaycan qrossmeysteri Nicat Abbasov 9-cu “Baku Open-2017” beynəlxalq şahmat festivalının qalibi olub.

Sportinfo.az xəbər verir ki, bu dəfə tədbir Azərbaycan Respublikasının müstəqilliyinin 26-cı ildönümünə həsr edilib.

Yarışda 9 mümkün xaldan 7,5 xal toplayan Nicat Abbasov finala bir tur qalmış liderliyi ələ alıb. Son partiyada o, belaruslu Aleksey Aleksandrov ilə heç-heçə oynayıb.

Uşaqların turnirində Elcan Əbdülkərimli 9 oyundan 8 xal toplayıb. “Baku Open-2017” şahmat festivalı iki qrupda – açıq və uşaq kateqoriyası üzrə keçirilib.

Turnirdə Azərbaycan, Əfqanıstan, Belarus, İran, Qazaxıstan, Rusiya və Ukraynadan 150-dən artıq şahmatçı iştirak edib. Yarışların baş hakimi FIDE-nin beynəlxalq dərəcəli hakimi Nurəli Məmmədzadə olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i