“Mən Azərbaycan millisinin üzvləri üçün çay da gətirirdim”

10 Noyabr 2017 11:36 Şahmat 741
“Mən Azərbaycan millisinin üzvləri üçün çay da gətirirdim”

“Mən Azərbaycan millisini heç vaxt çalışdırmamışam. Həmin komandanın kapitanı olmuşam. Keçən Olimpiadada isə baş məşqçi Etyen Bakro olub. Hamı isə bunu yaddan çıxarır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının sabiq kapitanı, rusiyalı şahmatçı Aleksey Dreyev deyib.

O, ölkəmizdə işlədiyi illəri xatırlayıb. Şahmatçı ona verilən “kapitan kimi Azərbaycan millisində əsas funksiyanız çay gətirmək idi” sualına belə cavab verib:

“Onu da edirdim. Mənim əsas işim birinci löhvədə kömək etmək idi. Ən çox Şəhriyar Məmmədyarova kömək edirdim. Digər oyunçularla da məsləhətləşirdim. Teymur və Arkadi Naydiçlə işləməmişəm.

O vaxtlar Rauf Məmmədov gənc idi. İndi Azərbaycan millisində deyiləm. Baxın 2013-cü ildə komandanı Avropa çempionu edən Aleksandr Xalifman da orda yoxdu”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR