Dünya çempionu Bakıya gəlməyəcək

23 Aprel 03:40 Şahmat 219
Dünya çempionu Bakıya gəlməyəcək

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyi və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək “Çempionların savaşı” turnirinin heyətində dəyişiklik baş verib.

Sportinfo.az xəbər verir ki, hindistanlı dünya çempionu Vişvanatan Anand həkimlərin rəyinə əsasən, səhhətində yaranan narahatlıqla bağlı səfərə çıxa bilməyəcəyini bildirib.

Bununla bağlı Azərbaycan Şahmat Federasiyasına müraciət edən V.Anand növbəti yarışlarda böyük məmnuniyyətlə iştirak edəcəyini söyləyib.

Aprelin 28-dən 30-dək Milli Xalça Muzeyində təşkil olunacaq turnirdə Azərbaycan çempionu Rauf Məmmədov özbəkistanlı dünya çempionu Rüstəm Kasımcanova qarşı çıxış edəcək.

Qadınlar arasında ölkə çempionatının qalibi Günay Məmmədzadə həmin turnirdə dünya və Avropa çempionu Antoaneta Stefanova ilə mübarizə aparacaq.

Çempionlar savaşı”nda qalib rapid və blits üzrə turnirlərin cəminə əsasən müəyyənləşəcək.

Xəbər Lenti
29 Aprel 18:10 Çək və bizə göndər!
29 Aprel 11:00 Bax və işini belə qur!