Üçqat Avropa çempionu olan millimiz vətənə döndü - FOTOLAR

8 Noyabr 2017 08:24 Şahmat 602
Üçqat Avropa çempionu olan millimiz vətənə döndü - FOTOLAR

Üçqat Avropa çempionu olmuş Azərbaycan şahmatçıları vətənə dönüb.

Sportinfo.az xəbər verir ki, çempionları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, ictimaiyyət və KİV nümayəndələri, həmçinin onların yaxın qohumları qarşılayıblar.

Azərbaycan yığması Yunanıstanın Krit adasında keçirilən Avropa komanda çempionatında sonuncu turda Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb.

Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan edilib. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub. Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i