Azərbaycan millisi Avropa çempionu oldu!

7 Noyabr 2017 00:20 Şahmat 650
Azərbaycan millisi Avropa çempionu oldu!

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandası tarixində 3-cü dəfə Avropa çempionu olub.

Sportinfo.az-ın məlumatına görə, bu nailiyyət Yunanıstanın Krit adalarında az əvvəl başa çatan nüfuzlu yarışda əldə olunub.

Sonuncu turda Azərbaycan yığması Ukrayna ilə 2:2 hesablı heç-heçə edib. Rusiya isə Almaniyaya qalib gəlib - 3:1. Nəticədə Rusiya da 14 xalla ilk pilləyə şərik çıxıb.

Lakin əlavə göstəricilərdə Azərbaycan komandası daha üstün olduğu üçün qitə çempionu elan olunub. İkinci yeri Rusiya, 3-cü yeri isə Ukrayna tutub.

Avropa çempionatı, IX tur
16:00. Azərbaycan - Ukrayna - 2:2
Şəhriyar Məmmədyarov - Pavel Elyanov - 0,5:0,5
Yuri Krivoruçko - Teymur Rəcəbov - 0,5:0,5
Arkadi Naydiç - Ruslan Ponomaryov - 0,5:0,5
Yuri Kuzubov - Rauf Məmmədov - 0,5:0,5

Azərbaycan yığması daha əvvəl 2009 və 2013-cü illərdə Avropa çempionu olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i