Azərbaycanın Avropa çempionu olmaq şansı nə qədərdi?

6 Noyabr 2017 15:00 Şahmat 595
Azərbaycanın Avropa çempionu olmaq şansı nə qədərdi?

Şahmat üzrə Avropa çempionatının son turundakı cütlüklər bəlli olub.

13 xalı olan millimiz 12 xala malik və əlavə əmsallara görə Rusiyanı qabaqlayaraq, hazırda ikinci pillədə yer alan Ukrayna ilə oynayacaq.

Üçüncü Rusiya (12 xal) isə dördüncü Almaniya (11 xal) ilə qarşılaşacaq.

Medallara iddia edən 5-ci Türkiyə (11 xal) və 6-cı Xorvatiya (11 xal) da bir-birilərinə rəqib olacaqlar.
Millimiz son turda uduzsa, bürünc medalları da əldən verə bilər (səhv etmirəmsə).

Yox əgər, Ukrayna ilə heç-heçə olarsa, Rusiyanın Almaniyaya qarşı mümkün məğlubiyyəti (və ya heç-heçəsi) bizim üçün çempionluq, qələbəsi isə (əlavə əmsalları hesablaya bilmirəm) ən pis halda gümüş medalla nəticələnə bilər.

Qələbə qazansa, digər oyunların nəticəsindən asılı olmayaraq, çempion olacaq.

Qeyd edim ki, Ukrayna millisi qitə birinciliyindəki komandaların sıralamasında reytinq üçüncüsüdü (1. Rusiya, 2. Azərbaycan).

Ən güclü oyunçuları Pavel Elyanov (reytinq: 2720) dünya sıralamasında ilk 10-luqdan kənarda qalıb və bizim ən güclümüzdən (Şəhriyar Məmmədyarov) çox zəifdi - təbii ki, kağız üzərində.

Şəhriyarın ağ, Teymurun isə qara fiqurlarla oynayacağını nəzərə alsaq, bu ikisindən ən az 1.5 xal gözləyirəm.

Çempionatı ən yüksək səviyyədə keçirən, millimizin hazırkı mövqeyində əsas pay sahiblərindən olan Rauf Məmmədovdan da (8 oyun, 7.5 xal) şübhəsiz qələbə gözləyirəm.

Naydiç də ki, baxsın da, heç-heçə zad eləsin.

Zaur Xudiyev

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR