Azərbaycan çempionatlarının mükafat fondu açıqlandı

29 Yanvar 2025 08:40 Şahmat 902
Azərbaycan çempionatlarının mükafat fondu açıqlandı

Kişi və qadın şahmatçılar arasında keçiriləcək Azərbaycan çempionatlarının mükafat fondu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Kişilərin yarışının mükafat fondu 90 min, qadınlarda isə 30 min manat təşkil edir.

Reqlamentə əsasən, kişilər arasında turnirin qalibi 20 min, qadınların yarışının çempionu 10 min manat qazanacaq.

Azərbaycan çempionatının açılış mərasimi yanvarın 31-də keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti