Cins şalvara görə dünya çempionatından qovuldu

29 Dekabr 2024 03:20 Şahmat 522
Cins şalvara görə dünya çempionatından qovuldu

Norveçli qrossmeyster Maqnus Karlsen ABŞ-nin Nyu York şəhərində keçirilən rapid üzrə dünya çempionatından qovulub.

Sportinfo.az xəbər verir ki, buna səbəb onun cins şalvar geyinməsi olub.

Belə ki, Beynəlxalq Şahmat Federasiyası yarış üçün geyim forması müəyyənləşdirib. M.Karlsen isə buna əməl etməyib.

Əvvəlcə məşhur şahmatçıya geyimini dəyişməsi və cərimə ödəyərək geri dönməsi təklif edilib. Lakin norveçli qrossmeyster bundan imtina edib. Nəticədə o, yarışdan qovulub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 22:20 Rəşad Sadiqov fərqi...