Azərbaycandan kim Qlobal Liqada ən məhsuldarlar sırasındadır?

11 Oktyabr 2024 04:00 Şahmat 1 175
Azərbaycandan kim Qlobal Liqada ən məhsuldarlar sırasındadır?

Şəhriyar Məmmədyarov Londonda keçirilən Qlobal Şahmat Liqasında ən uğurlu oyunçular sırasına daxil olub.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster "Alyaska Knights"ın heyətində keçirdiyi 8 oyunda 5,5 xal toplayıb.

O, eyni göstəriciyə malik komanda yoldaşı Nodirbek Abdusattorov (Özbəkistan) ilə birgə komandanın ən məhsuldar oyunçusudur.

Həmçinin “Triveni Continental Kings”ın şərəfini qoruyan Aleksandra Kosteniukun (İsveçrə) da 5,5 xalı var.

Komandanın lideri Əlireza Firuzja (Fransa) 6,5 xal ilə liqada ən məhsuldar oyunçudur. “Cəngavərlər”də də çıxış edən Teymur Rəcəbovun aktivində isə 3 xal var.

Digər Xəbərlər
Xəbər Lenti
19 Dekabr 18:10 Çək və bizə göndər!
19 Dekabr 03:10 Azərbaycanda 12:2