Azərbaycanfa federasiya məhkəməyə verildi - O, tələb edir ki…

5 Oktyabr 2024 08:30 Şahmat 1 435
Azərbaycanfa federasiya məhkəməyə verildi - O, tələb edir ki…

Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasını məhkəməyə verib.

Sportinfo.az xəbər verir ki, şahmatçı federasiyadan maddi ziyanın və mənəvi zərərin ödənilməsini tələb edir.

Onun iddiasına Nəsimi Rayon Məhkəməsində baxılacaq. Həbibə Miriyeva iş üzrə hakim təyin edilib.

Vasif Durarbəyli 1992-ci ildə Sumqayıtda anadan olub. Azərbaycanın güclü şahmatçılarından sayılan Vasif 2010-cu ildə 18 yaşadək oğlanlar arasında keçirilən dünya çempionatında qrosmeyster titilunu qazanıb.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədovdur. O, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM