Azərbaycan çempionatına 8 min manat mükafat fondu ayrıldı

27 Avqust 2024 03:50 Şahmat 709
Azərbaycan çempionatına 8 min manat mükafat fondu ayrıldı

Şahmatın rapid və blits növləri üzrə kişi və qadınlar arasında Azərbaycan çempionatı keçiriləcək.

Sportinfo.az xəbər verir ki, kişilər arasında ölkə çempionatında FİDE əmsalı (klassik, rapid və ya blits) 2100-dən, qadınlar arasında isə 2000-dən yuxarı olan şahmatçılar iştirak edə bilər.

Azərbaycan çempionatının mükafat fondu 8000 manat təşkil edəcək. Bu məbləğin 5000 manatı kişilərin, 3000 manatı isə qadınların turnirində oynanılacaq.

Oktyabrın 4-dən 7-nə qədər keçiriləcək Azərbaycan çempionatı rapid və blits üzrə dünya çempionatına seçmə xarakter daşıyır.

Ölkə çempionatlarında ilk 3 yeri tutacaq şahmatçılar ABŞ-nin Nyu-York şəhərində keçiriləcək dünya çempionatına ezam olunacaqlar.

Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi