Nicat Abasov Hikaru Nakamura ilə heç-heçə etdi - İddiaçılar turnirində

8 Aprel 02:40 Şahmat 341
Nicat Abasov Hikaru Nakamura ilə heç-heçə etdi - İddiaçılar turnirində

Şahmat üzrə İddiaçılar turnirində III turun oyunları keçirilib.

Sportinfo//az xəbər verir ki, Kanadanın Toronto şəhərində təşkil olunan turnirdə mübarizə aparan Azərbaycan şahmatçısı Nicat Abasov ABŞ təmsilçisi Hikaru Nakamura ilə qarşılaşıb.

Təmsilçimiz ağ fiqurlarla oynayıb. Tərəflər 29-cu gedişdə sülhə razı olublar.

Nicat Abasov – Hikaru Nakamura - 0,5:0,5
Alireza Firuzya – Fabiano Karuana
Dommaradju Qukeş – Yan Nepomnyaşi
Vidit Santoş Qujrati – Rameşbabu Praqnanandja

Xal durumu: 1-2. Dommaradju Qukeş (Hindistan), Vidit Santoş Qujrati (Hindistan) – 1,5, 3-4. Fabiano Karuana (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 1,5, 5-6. Nicat Abasov (Azərbaycan), Hikaru Nakamura (ABŞ) – 0,5, 7-8. Alireza Firuzya (Fransa), Rameşbabu Praqnanandja (Hindistan) – 0,5.-

Abasov IV turda Alireza Firuzya ilə qarşılaşaq. Şahmatçımız yenə ağ fiqurlarla mübarizə aparacaq.

Xəbər Lenti