Tanınmış mütəxəssis Azərbaycana gəldi

25 Fevral 04:00 Şahmat 449
Tanınmış mütəxəssis Azərbaycana gəldi

Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti ilə tanınmış belçikalı mütəxəssis Vladimir Çuçelov Bakıya gəlib.

Sportinfo.az xəbər verir ki, səfərdə əsas məqsəd Bakıda gənc şahmatçılar üçün təşkil olunacaq bir həftəlik təlim-məşq toplanışına rəhbərlik etməkdir.

AŞF ilə V.Çuçelov arasında əldə olunan razılığa əsasən, məşqçi hazırlıqdan sonra hər bir şahmatçı barədə rəy təqdim edəcək. Bundan sonra Çuçelovla əməkdaşlığın müddəti dəqiqləşəcək.

Gənclərdən ibarət komandanın üzvləri üçün təşkil edilən toplanışın ilk günündə AŞF-nin prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov da iştirak edib.

O, bundan sonra da şahmatçılara lazımi şəraitin yaradılacağını bildirib. Vladimir Çuçelov uzun illər dünyanın ən reytinqli şahmatçıları ilə işləyib, onların inkişafında yaxından iştirak edib.

Müxtəlif illərdə Teymur Rəcəbov, Fabiano Karuana, Aniş Giri, Vidit Qucrati, Hou İfan kimi tanınan şahmatçıların məşqçisi olub.

Mütəxəssis 2014-cü ildə FIDE tərəfindən ilin ən yaxşı məşqçisi seçilib.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!