"Azərbaycan çempionu üçün xüsusi təqaüd proqramı olacaq"

22 Fevral 04:00 Şahmat 400
"Azərbaycan çempionu üçün xüsusi təqaüd proqramı olacaq"

"Bütün şahmatçılar Azərbaycan çempionatında iştirak etməlidirlər"

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov qadınlar arasında Azərbaycan çempionatının qaliblərinin mükafatlandırma mərasimində deyib.

Qurum rəhbəri ilk 5 pillədə yer alan şahmatçıları bu münasibətlə təbrik edib:

"Azərbaycan çempionatı şahmatımızın gələcəyi üçün çox vacibdir. Təəssüf ki, bütün şahmatçıları cəlb edə bilmədik.

Bu il buna hazır deyildik. Azərbaycanın 5 şahmatçısı xüsusi proqramda hazırlaşırlar. Ancaq 2025-ci ildə bütün şahmatçılar ölkə çempionatında iştirak etməlidirlər".

O, Ayan Allahverdiyevanın çempionatda iştirakla bağlı qərarını son anda verdiyini söyləyib:

"Azərbaycan çempionu üçün bu dövrdə xüsusi təqaüd proqramı olacaq. 4-5-ci yerləri tutanlar da bir dəfə beynəlxalq turnirdə iştirak hüququna malik olacaqlar".

Azərbaycan çempionatının qalibi Ayan Allahverdiyeva olub.

Xəbər Lenti
27 Aprel 16:10 Çək və bizə göndər!