2023-cü ilə damğa vuran azərbaycanlı kimdir? - FOTO

22 Yanvar 2024 02:50 Şahmat 727
2023-cü ilə damğa vuran azərbaycanlı kimdir? - FOTO

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Şahmat Federasiyası (FIDE) ötən ilin ən yaddaqalan şahmatçılarını elan edib.

2023-cü ilə damğasını vuranlar arasında azərbaycanlı qrosmeyster Nicat Abasov da olub.

Bildirilib ki, Dünya çempionatında həmyerlimiz yarımfinaladək yüksəlib və yalnız burada Maqnus Karlsenə uduzub. O, üçüncü yer uğrunda görüşdə Fabiano Karuana da qalib gələ bilməyib.

Lakin Karlsenin İddiaçılar Turnirində iştirakdan imtinası Abasova öz möhtəşəm performansını bir daha göstərmək şansı yaradıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti