Məşhur avropalı imtina məktubu göndərdi, onun yerinə Abasov dəvət aldı

14 Yanvar 2024 04:00 Şahmat 1 155
Məşhur avropalı imtina məktubu göndərdi, onun yerinə Abasov dəvət aldı

Azərbaycan şahmatçısı Nicat Abasov İddiaçılar Turnirində iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının rəsmi saytında məlumat yayılıb.

Norveçli qrossmeyster Maqnus Karlsen FIDE-yə məktub göndərərək, İddiaçılar Turnirinə qatılmayacağını təsdiqləyib. Onun əvəzinə yarışa vəsiqə Bakıdakı Dünya Kubokunda 4-cü yeri tutan N.Abasova verilib.

İddiaçılar Turniri bu ilin aprelində Kanadanın Toronto şəhərində keçiriləcək. Turnirin qalibi Şahmat Tacı uğrunda görüşdə hazırkı dünya çempionu Din Lirenlə (Çin) qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti