
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ikinci oyunda məğlub olub.
Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya yenilib.
Şahmatçılar avqustun 24-də tay-breykdə üz-üzə gələcəklər.
Həmçinin, finalın ikinci oyunu baş tutub.
Rameşbabu Praqqnanandha (Hindistan) 5 qat dünya çempionu Maqnus Karlsenlə (Norveç) bərabərə qalıb. İlk dueldə də qalib müəyyənləşmədiyi üçün tay-breykə ehtiyac duyulub.