COP29

Bakıda olay: "Zəhərləndim, əsəbi olmağa gücüm yox idi" - VİDEO

23 Avqust 2023 07:20 Şahmat 444
Bakıda olay: "Zəhərləndim, əsəbi olmağa gücüm yox idi" - VİDEO

Şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen Bakıda keçirilən dünya çempionatının yarımfinalında azərbaycanlı Nicat Abasovla görüşdən sonra zəhərləndiyini bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mətbuat xidməti dünya çempionunun açıqlamasını yayıb.

Onun sözlərinə görə, son iki gündür yemək yeyə bilmir:

"Normal vəziyyətdə yəqin ki, bir az üstünlüyüm olacaqdı. Çünki bir gün istirahət edərdim.

Rəqibim isə dünən çətin tay-breyk oynamalı idi. Amma son bir neçə gündə olduqca pis vəziyyətdə idim.

Nicat Abasovla oynayandan sonra qidadan zəhərləndim. Son iki gündür yemək yeyə bilmirəm.

Buna görə də mən çox sakit idim. Çünki əsəbi olmağa gücüm yox idi” - deyə bildirilib

Xəbər Lenti
18 May 14:20 Rumıniyaya uduzduq
18 May 11:00 Bunun da öz yeri var!