Nicatın rəqibi bəlli oldu

22 Avqust 2023 03:30 Şahmat 655
Nicatın rəqibi bəlli oldu

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda ikinci finalçı bəlli olub.

Sportinfo.az xəbər verir ki, yarımfinalda ABŞ təmsilçisi Fabiano Karuananı məğlub edən hindistanlı Rameşbabu Praqqnanandxa həlledici görüşə vəsiqə qazanıb.

O, finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq.

Karuana isə üçüncü yer uğrunda görüşdə Nicat Abasova rəqib olub.

Həlledici qarşılaşmalar avqustun 22-24-də keçiriləcək.

Xəbər Lenti