Nicat Bakıdakı Dünya Kubokunda yarımfinala qaldı

16 Avqust 2023 18:40 Şahmat 582
Nicat Bakıdakı Dünya Kubokunda yarımfinala qaldı

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM