Hicabdan imtina edən iranlı Sara Bakıya gəlir

1 Avqust 2023 03:20 Şahmat 711
Hicabdan imtina edən iranlı Sara Bakıya gəlir

2022-ci ilin dekabrında FIDE-nin Rapid və Blits üzrə dünya çempionatında hicabsız yarışması ilə diqqət çəkən və bununla da İranda qəbul olunmuş qadınların geyim tərzi qaydalarını pozan yerli şahmatçı, beynəlxalq qrossmeyster Sara Xadem idman vətəndaşlığını dəyişib.

Sportinfo.az xəbər verir ki, o, artıq İspaniyanı təmsil edir.

26 yaşlı Sara Qazaxıstanda keçirilən turnirdə hicab geyinmədiyinə görə ölkəsinə qayıtmaqdan imtina edib. Yarış başa çatdıqdan dərhal sonra o, ailəsi ilə birlikdə İspaniyaya yollanıb.

Bildirilir ki, Xadem Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunda İspaniya təmsilçisi kimi debüt edəcək.

Xəbər Lenti