Məşhur adamın Bakıya gələcəyi təsdiqləndi

13 İyun 2023 08:40 Şahmat 361
Məşhur adamın Bakıya gələcəyi təsdiqləndi

Dünyanın bir nömrəli şahmatçısı Maqnus Karlsenin Bakıda keçiriləcək Dünya Kubokunda iştirak edəcəyi təsdiqlənib.

Sportinfo.az xəbər verir ki, norveçli qrossmeyster iyulun 29-da start götürəcək yarışın ən reytinqli şahmatçısı olacaq.

Onunla yanaşı, rusiyalı Yan Nepomnyaşi də Dünya Kuboku uğrunda mübarizəyə qatılacaq.

Qadınlar arasında FIDE reytinqinin 2-3-cü yerlərində qərarlaşan Hampi Koneru (Hindistan) və Yu Venyun (Çin) da Bakıya gələcəklər.

Ümumilikdə 206 kişi şahmatçıdan 146-nın, qadınlarda isə 103 nəfərdən 71-nin Dünya Kubokunda iştirakı təsdiqlənib. İyulun 15-30-u aralığında digər namizədlər iştiraklarını təsdiqləməlidirlər.

Yarış iyulun 29-dan avqustun 24-dək təşkil olunacaq. İyulun 29-da turnirin açılış mərasimi, ertəsi gün isə birinci turun görüşlərinin keçirilməsi planlaşdırılır.

Dünya Kubokunun mükafat fondu 2,5 milyon dollardır. İlk üç yeri tutan qrossmeysterlər İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"