Bakıya da gəlməyəcək?

10 İyun 2023 09:00 Şahmat 609
Bakıya da gəlməyəcək?

Yaxın günlərdə Beynəlxalq Şahmat Federasiyası (FIDE) iyulun 29-da Bakıda start götürəcək Dünya Kubokunun iştirakçılarının yekun siyahısını dərc edəcək.

Sportinfoaz xəbər verir ki, potensial iştirakçılar arasında dünya reytinqinin lideri, şahmat tacının keçmiş sahibi Maqnus Karlsenin də adı var.

O, reytinqinə görə Namizədlər Turniri üçün təsnifat yarışı olan sözügedən turnirdə mübarizə apara bilər. Lakin Bakıda oynamaq üçün Maqnus FIDE ilə müqavilə bağlamalıdır.

Karlsen son zamanlar beynəlxalq yarışlara qatılmaqdan imtina edir. O, hətta "Şahmat tacı" uğrunda görüşlərə belə qatılmamışdı.

Onun psixloji problemlər yaşadığı iddia edilir.

Xəbər Lenti
28 Aprel 20:00 Çək və bizə göndər!
28 Aprel 02:50 Başını dik tut, Nicat!
28 Aprel 02:30 “Buna görə uduzduq"