Vasif Talıboun oğlu federasiyanın tədbirinfə yenidən ortaya çıxdı - FOTO

4 İyun 01:10 Şahmat 641
Vasif Talıboun oğlu federasiyanın tədbirinfə yenidən ortaya çıxdı - FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisin sabiq sədri Vasif Talıbovun oğlu Seymur Talıbov yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, Seymur Talıbov sədri olduğu Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasında Məktəblilərin Avropa çempionatında uğur qazanmış şahmatçılarla görüş keçirib və onları mükafatlandırıb.

Avropa Şahmat İttifaqı (ECU) və Albaniya Şahmat Federasiyasının (ACHF) təşkilatçılığı ilə mayın 12-dən 21-dək Albaniyanın Durres şəhərində keçirilən 2023-cü il Şahmat üzrə Məktəblilərin Avropa Çempionatında Naxçıvan şahmatçıları 2 medal qazanıb.

Yasin Əzimob 9 yaşlılar arasında qızıl, Mirsaleh Seyidli 13 yaşlılar arasında gümüş medala sahib çıxıb. Sadiq Məmmədov isə Beynəlxalq usta normasını tamamlayıb.

Seymur Talıbov bundan əvvəl Naxçıvan Dövlət Universitetinin prorektoru vəzifəsindən kənarlaşdırılıb. O, Naxçıvan Ali Məclisinin deputatı və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Oktyabr 18:40 "İstədiyimi ala bildim"