Azərbaycanlıların reytinqi

1 İyun 2023 02:30 Şahmat 439
Azərbaycanlıların reytinqi

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) iyun ayı üçün reytinq cədvəli açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov (2747 xal) 3 pillə geriləyərək 13-cü yerə düşüb.

Şəhriyar Məmmədyarov (2740 xal) bir sıra irəliləyərək 15-ci, Qədir Hüseynov (2661) 3 pillə geriləyərək 83-cü olub. Rauf Məmmədov isə “100-lüy”ü tərk edib.

Siyahıya norveçli Maqnus Karlsen (2853) liderlik edir. Fransalı Alireza Firuzca (2786) 2-ci, son dünya çempionu çinli Din Liren (2780) isə 3-cüdür.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2456) 25-ci, Ülviyyə Fətəliyeva (2401) 53-cü, Xanım Balacayeva (2368) 80-ci, Gülnar Məmmədova (2357) 85-ci, Gövhər Beydullayeva (2355) 89-cu pillədə qərarlaşıb.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı