"Onun imtina edəcəyini əvvəlcədən bilsəydim…"

17 May 2023 17:20 Şahmat 736
"Onun imtina edəcəyini əvvəlcədən bilsəydim…"

"Maqnus Karlsenin şahmat tacı uğrunda görüşdən imtina edəcəyini əvvəlcədən bilsəydim, İddiaçılar Turnirində başqa cür oynayardım".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov "Gazeta.Ru" saytına açıqlamasında deyib.

36 yaşlı qrossmeyster həmin vaxt yaxşı formada olmadığını da etiraf edib:

"İki məğlubiyyətdən sonra daha rahat davranmağa və ümumiyyətlə başqa şahmat oynamağa başladım.

Məsuliyyət aradan qalxdı, məndən gözləntinin olmadığını başa düşdüm və sərbəst oynadım".

Norveçli Maqnus Karlsenin imtinasından sonra çinli Din Liren şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə rəqib olub və ona qalib gəlib.

Xəbər Lenti