Azərbaycanlı məktəbli dünya ikincisi oldu - FOTO

25 Aprel 2023 15:20 Şahmat 310
Azərbaycanlı məktəbli dünya ikincisi oldu - FOTO

Azərbaycan şahmatçısı Süleyman Süleymanlı Yunanıstanın Rodos şəhərində təşkil edilən 17 yaşadək məktəblilərin dünya çempionatında gümüş medal qazanıb.

Sportinfo.az xəbər verir ki, o, 7 xalla həmyaşıdları arasında ikinci yeri tutub.

Bu yaş kateqoriyasında 7,5 xal toplayan türkiyəli Adar Tarhan qalib adını qazanıb. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala sahib çıxıb.

Başa çatan dünya çempionatında 51 ölkə şahmatçısı iştirak edib.

sahmatcimiz-dunya-ikincisi-oldu

Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu