"Dünya çempionluğu üçün azərbaycanlı oynasaydı, Bakıdan belə bir təklif dərhal gələrdi"

21 Aprel 2023 01:10 Şahmat 297
"Dünya çempionluğu üçün azərbaycanlı oynasaydı, Bakıdan belə bir təklif dərhal gələrdi"

"Prezident İlham Əliyevin dəstəyi ilə Azərbaycanda şahmatın inkişafı üçün xeyli işlər görülür".

Sportinfo.az xəbər verir ki, bunu azərbaycanlı şahmatçı Teymur Rəcəbov "Championat" nəşrinə müsahibəsində deyib.

36 yaşlı qrossmeyster bildirib ki, şahmat ölkədə futboldan sonra əsas idman növlərindən biridir:

"Hətta yeniyetmələrin və gənclərin çıxışına böyük diqqət yetirilir. Bəzən bunu unudursan, ancaq bir oyunda uduzan kimi Azərbaycanda şahmata marağın nə qədər yüksək olduğunu dərhal xatırlayırsan (gülür).

Dövlət tərəfindən böyük dəstək var. Ölkəmizdə şahmatçılara bir növ qəhrəman kimi yanaşırlar".

O, "Azərbaycanın İddiaçılar Turniri və ya dünya çempionluğu uğrunda görüşə ev sahibliyi etmək niyyəti varmı?" sualına isə bu cür cavab verib:

"Dünya çempionu adı uğrunda qarşılaşmada azərbaycanlı qrossmeyster oynasaydı, Bakıdan belə bir təklif dərhal gələrdi. Buna əminəm".

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı