Vasif Talıbovun oğlu artıq bu federasiyaya lazım deyil

14 Aprel 2023 19:20 Şahmat 1 386
Vasif Talıbovun oğlu artıq bu federasiyaya lazım deyil

Azərbaycan Şahmat Federasiyasında (AŞF) iclas keçirilib.

Sportinfo.az xəbər verir ki, tədbirdə federasiyanın prezidenti Mahir Məmmədov, I vitse-prezident Faiq Həsənov, baş katib İlahə Qədimova və İcraiyyə Komitəsinin üzvü Cahangir Ağarəhimov iştirak edib.

Maraqlıdır ki, federasiyanın vitse-prezidenti Seymur Talıbov iclasda iştirak etməyib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Talıbov ümumiyyətlə tədbirə dəvət olunmayıb. Naxçıvan Muxtar Respublikasının keçmiş sədri Vasif Talıbovun oğlunun federasiyadakı vəzifəsində qalıb-qalmayacağı da dəqiq deyil.

İclasda qadın və kişi şahmatçıların şəxsi Avropa çempionatında yekun nəticələr əsas müzakirə obyekti olub.

Həmçinin millinin belaruslu məşqçisi Mixail Şereşevski və Rusiya şahmatçısı, məşqçi Yevgeni Tomaşevskinin məruzəsi dinlənilib.

Daha sonra AŞF-nin Məşqçilər Komissiyasının rəhbəri Anar Allahverdiyev, məşqçilər Fərid Abbasov və Nicat Məmmədov çıxış edib.

Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM