Teymur Rəcəbov 3 ulduz idmançının adını çəkdi və dedi ki…

2 Aprel 2023 02:50 Şahmat 499
Teymur Rəcəbov 3 ulduz idmançının adını çəkdi və dedi ki…

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov şahmat oynamaq istədiyi ulduz idmançıların adlarını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, o, "Championat" nəşrinə müsahibəsində tennisçilər Roce Federer, Rafael Nadal və Novak Cokoviçlə üz-üzə gəlmək arzusunda olduğunu bildirib.

36 yaşlı şahmatçı onları idman dünyasının "böyük üçlüy"ü adlandırıb:

"Uzun illərdir Federerə azarkeşlik edirəm. Onların üçü ilə eyni anda oynamaq istəyərəm. Niyə də yox?!

Mən nəinki böyük idmançılarla oynayar, həm də söhbət edərdim. Onlarla bir neçə dəfə danışıb şəkil çəkdirmişəm.

Amma qarşımda konkret oturub nəsə yemək və söhbət etmək kimi bir vəzifə olmayıb. Bu, Londondakı "O2 arenada" ATP turniri zamanı baş verib.

Mənə çox maraqlıdır ki, Cokoviç doğrudan da şahmatı yaxşı oynayır, yoxsa Boris Bekkerlə lövhədə əyləşəndə ​​sadəcə imic üçün fotoları çəkdirir?"

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı