Azərbaycanlı Nicat Dünya Kubokuna vəsiqə qazandı

24 Mart 02:40 Şahmat 371
Azərbaycanlı Nicat Dünya Kubokuna vəsiqə qazandı

Azərbaycan şahmatçısı Nicat Abasov Dünya Kubokuna vəsiqə qazanıb.

Sportinfo.az xəbər verir ki, o, Serbiyanın Vrnyaçka Banya şəhərində kişilər arasında şəxsi Avropa çempionatındakı nəticəsi ilə buna nail olub.

Abasov 11 oyundan 7,5 xal toplamaqla 17-ci yeri tutub ki, bu nəticə Dünya Kubokunda iştirak hüququna yiyələnmək üçün kifayət edib.

Digər azərbaycanlı şahmatçı Əhməd Xaqan reytinqini artıraraq FIDE ustası titulunun normativini yerinə yetirib.

Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır
4 Dekabr 12:10 Bugünün hava PROQNOZU
4 Dekabr 00:20 Bir erkən qol - VİDEO