Tanınmış azərbaycanlıya biganə qalmadılar, yazdılar ki…

17 Mart 2023 20:20 Şahmat 564
Tanınmış azərbaycanlıya biganə qalmadılar, yazdılar ki…

Beynəlxalq Şahmat Federasiyası (FİDE) Azərbaycan şahmatçısı Teymur Rəcəbovun hələ 14 yaşında qrossmeyster adını aldığını vurğulayaraq, tviter hesabında onun doğum günü münasibətilə xüsusi paylaşım edib.

Sportinfo.az xəbər verir ki, FİDE 36 yaşı tamam olan şahmatçının 2747 xalla 10-cu pillədə qərarlaşdığını xüsusi olaraq qeyd edib.

"Teymur 2747 reytinqlə dünyada 10-cu yerdədir. O, 14 yaşında qrossmeyster oldu, pik reytinqi 2793, zirvə reytinqi isə 4-cüdür", - paylaşımda vurğulanır.

Beynəlxalq Şahmat Federasiyası T.Rəcəbova doğum günündə xoş arzularını çatdırıb.

Beynəlxalq Şahmat Federasiyası fevralın 10-da yeni reytinq siyahısını açıqlayıb. Teymur Rəcəbov yenidən ilk “10-luğ"a düşüb.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!