Raufun əldə etdiyi gəlir bu qədər oldu - FOTO

14 Fevral 2023 01:10 Şahmat 422
Raufun əldə etdiyi gəlir bu qədər oldu - FOTO

Azərbaycan şahmatçısı Rauf Məmmədovun norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində əldə etdiyi gəlir bəlli olub.

Sportinfo.az xəbər verir ki, ümumi sıralamada 10-cu olan 35 yaşlı qrossmeyster 20 xal toplayıb.

Məmmədovun bu mərhələdən qazancı 7,500 ABŞ dolları təşkil edib.

"Airthings Masters"in qalibi olan Maqnus Karlsen 30 min dollar, ikinci və üçüncü yeri tutan ABŞ şahmatçılarından Hikaru Nakamura 20 min dollar, Uesli So isə 15 min dollara sahib çıxıb.

Xəbər Lenti