Azərbaycanlı Çempionlar Turunun I divizionuna vəsiqə qazandı

5 Fevral 2023 00:20 Şahmat 596
Azərbaycanlı Çempionlar Turunun I divizionuna vəsiqə qazandı

Azərbaycan şahmatçısı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində I diviziona yüksəlib.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı qrossmeyster seçmə turnirdə 12 idmançı arasına düşərək pley-offda rusiyalı Yan Nepomnyaşiyə rəqib olub.

Rəqibinə 1,5:0,5 hesabı ilə qalib gələn Məmmədov I diviziona vəsiqə qazanıb.

Onunla yanaşı hindistanlı Qukeş Dommaraku ilə Arcun Eriqaisi, İran əsilli Alireza Firuzca, rusiyalı Aleksey Sarana və ABŞ təmsilçisi Hikaru Nakamura da iştirak hüququ əldə edib.

ABŞ-ın digər şahmatçısı Uesli So və Maqnus Karlsen birbaşa əsas raunddan mübarizəyə start verəcək. Rauf Məmmədov fevralın 6-da ilk görüşünü məhz Uelsli Soya qarşı keçirəcək.

Yarış fevralın 10-da başa çatacaq.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”