Azərbaycan çempionu oldu

30 Yanvar 2023 02:00 Şahmat 674
Azərbaycan çempionu oldu

Şahmat üzrə Azərbaycan çempionatında tay-brek görüşləri oynanılıb.

Sportinfo.az xəbər verir ki, finalın ilk rapib mübarizəsində ağ fiqurlarla oynayan Vasif Durarbəyli rəqibi Vüqar Əsədlini məğlub edib.

İkinci görüşdə də qələbə qazanan Vasif Durarbəyli Azərbaycan çempionatının qalibi olub.

Bu V.Durarbəylinin karyerasında ikinci ölkə çempionluğudur. O, ilk dəfə 2021-ci ildə Azərbaycan çempionatında birinci yeri tutub.

Üçüncü yer uğrunda görüş Eltac Səfərli və Məhəmməd Muradlı arasında keçirilib. İlk rapid oyunu heç-heçə başa çatıb. İkinci oyunda ağ fiqurlarla mübarizə aparan Eltac Səfərli rəqibi məğlub etməklə bürünc medala sahib çıxıb.

Çempionatın ümumi mükafat fondu 25 min manat təşkil edir. Çempion 10 min manat pul mükafatı qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı