"İstədiyim kimi oynasam..."

14 Dekabr 2022 01:10 Şahmat 423
"İstədiyim kimi oynasam..."

“Vugar Gashimov Memoiral”ı beynəlxalq şahmat təqvimində ən güclü turnirlərdən biridir və xüsusi çəkiyə malikdir.

Bu il keçiriləcək turnirə 7 ölkədən elit şahmatçılar qatılacaqlar".

Sportinfo.az xəbər verir ki, bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək Azərbaycan çempionu və gənc şahmatçılar arasında dünya çempionu Abdulla Qədimbəyli deyib.

Rəqiblərin yetərincə güclü olduğunu deyən qrosmeyster bildirib ki, mükafatçılar sırasında yer almaq üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam.

Ancaq əmsal baxımından şansımı çox böyük qiymətləndirmirəm. Düşünürəm ki, istədiyim kimi oynasam, uğurlu nəticə qazana bilərəm.

Superturnirin təşkilinin yeni nəsil şahmatçıların yetişməsinə böyük təkan verdiyini bildirən Abdulla Qədimbəyli Azərbaycanın ilk ​ Avropa çempionluğunda Vüqar Həşimovun vacib qələbəsinin hər bir azərbaycanlının yaddaşında xoş iz buraxdığını qeyd edib.

Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə dekabrın 17-dən 24-dək “Fairmont Baku” hotelində baş tutacaq.

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"