210 min dollarlıq yarışda uduzdu - Şəhriyar Məmmədyarov

20 Noyabr 2022 02:50 Şahmat 497
210 min dollarlıq yarışda uduzdu - Şəhriyar Məmmədyarov

"Meltwater Champions Chess Tour" seriyasının doqquzuncu - sonuncu mərhələsi davam edir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarışda növbəti görüşünü keçirib.

37 yaşlı qrossmeyster final raundunun V turunda ABŞ-ı təmsil edən Uesli So ilə üz-üzə gəlib. Məmmədyarov rəqibinə 0:3 hesabı ilə uduzub.

Təcrübəli şahmatçı növbəti turda niderlandlı Aniş Giri ilə görüşəcək. O, hazırda 3 xalla sonuncu - səkkisizinci sırada qərarlaşıb.

Turnir noyabrın 20-də başa çatacaq. Yarışın mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid”də ikinci yeri tutub.

Xəbər Lenti