“Öz oyunlarımı çox sevdim, bu barədə kitab yaza bilərəm"

23 Oktyabr 2022 02:10 Şahmat 458
“Öz oyunlarımı çox sevdim, bu barədə kitab yaza bilərəm"

“Aimchess Rapid” turnirində ikinci yeri tutan Şəhriyar Məmmədyarov turnir barədə təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, azərbaycanlı qrossmeyster sosial şəbəkə hesabında etdiyi paylaşımda turnir barədə kitab yaza biləcəyini söyləyib:

"Turnirdə tarix yazdım. Bu, unudulmayacaq. Tək bu turnir barədə kitab yaza bilərəm.

Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəyəm".

Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.

Xəbər Lenti