Azərbaycanın iki klubu Avropa Kubokunda iştirak edəcək

3 Oktyabr 2022 03:30 Şahmat 770
Azərbaycanın iki klubu Avropa Kubokunda iştirak edəcək

Azərbaycanın iki şahmat komandası oktyabrın 3-də Avstriyanın Mayrhofen şəhərində start götürəcək Avropa Şahmat Klub Kubokunda iştirak edəcək.

Sportinfo.az xəbər verir ki, 6 gün davam edəcək kişilərin yarışında ölkəni “Vüqar Həşimov” komandası təmsil edəcək.

Heyətdə üçqat Avropa çempionu Rauf Məmmədov, beynəlxalq qrossmeysterlər Kiril Şevçenko, Misrətdin İskəndərov, Vüqar Əsədli, beynəlxalq ustalar Əhməd Əhmədzadə, Ülvü Sadıqov, Xəzər Babazadə və Anar Allahverdiyev yer alıb. Sonuncu həm də komandanın kapitanı olacaq.

26-cı dəfə təşkil edilən qadınların yarışında isə “Odlar Yurdu” komandası mübarizə aparacaq.

Beynəlxalq qrossmeyster Cahangir Ağarəhimovun kapitanı olduğu klubda şəxsi Avropa çempionatının gümüş mükafatçısı Günay Məmmədzadə, qitə çempionatının bürünc medalçısı Ülviyyə Fətəliyeva, beynəlxalq usta Gülnar Məmmədova, qadınlar arasında beynəlxalq qrossmeysterlər Xanım Balacayeva, Gövhər Beydullayeva qüvvəsini sınayacaq.

Turnir 7 turdan ibarət olacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı