Millimiz Gürcüstana uduzdu, medalsız qaldı

10 Avqust 2022 02:40 Şahmat 884
Millimiz Gürcüstana uduzdu, medalsız qaldı

Hindistanın Çennay şəhərində keçirilən XI Şahmat Olimpiadası Azərbaycanın qadın millisi üçün başa çatıb.

Sportinfo.az xəbər verir ki, medal qazanmaq şansı olan yığma komanda son turda güclü Gürcüstanla bacara bilməyib.

Azərbaycan – Gürcüstan 1:3

Günay Məmmədzadə – Nana Dzaqnidze 0,5:0,5

Xanım Balacayeva – Nino Batsiaşvili 0:1

Gövhər Beydullayeva – Lela Cavaxişvili 0,5:0,5

Ülviyyə Fətəliyeva – Meri Arabidze 0:1

Bu nəticədən sonra Azərbaycan 16 xalla yarışı 8-ci sırada başa vurub. Ukrayna 18 xalla çempion olub. Eyni xal toplamış Gürcüstan 2-ci, 17 xal qazanmış ABŞ 3-cü yeri tutub.

Xəbər Lenti