Azərbaycan milliləri bu gün Ermənistanla qarşılaşacaq

8 Avqust 2022 13:20 Şahmat 573
Azərbaycan milliləri bu gün Ermənistanla qarşılaşacaq

Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın milli komandaları X turun görüşünə çıxacaqlar.

Sportinfo.az xəbər verir ki, kişilərdən və qadınlardan ibarət millilər Ermənistanla qarşılaşacaq.

Bu nəticəyədək Azərbaycanın qadın yığması 14 xalla 9-cu, Ermənistanın müvafiq komandası isə 14 xalla 6-cıdır.

Kişilər

Azərbaycan – Ermənistan

Şəhriyar Məmmədyarov – Qabriel Sarqissyan

Qədir Hüseynov – Hrant Melkumyan

Vasif Durarbəyli – Manuel Petrosyan

Nicat Abbasov – Robert Hovanisyan

Bu nəticəyədək Azərbaycan millisi 14 xalla 7-ci, Ermənistan 15 xalla 3-cüdür.

Qadınlar

Ermənistan – Azərbaycan

Elina Danielyan – Günay Məmmədzadə

Lilit Mkrtçyan – Xanım Balacayeva

Anna Sarqsyan – Gövhər BeydullayevaSusanna Qaboyan – Gülnar Məmmədova

Xəbər Lenti