Azərbaycan Kubaya uduzdu, Ukrayna ilə heç-heçə etdi

3 Avqust 2022 02:10 Şahmat 528
Azərbaycan Kubaya uduzdu, Ukrayna ilə heç-heçə etdi

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sportinfo.az xəbər verir ki, 5-ci turun görüşləri keçirilib.

Azərbaycanın kişi və qadınlardan ibarət milliləri də növbəti görüşlərinə çıxıblar. Ötən gün Türkiyə önündə büdrəyən kişilərdən ibarət milli Kuba ilə qarşılaşıb və ilk məğlubiyyətini alıb.

Məğlubedilməz olan qadınlardan ibarət milli isə güclü Ukraynanın müqavimətini qırmağa çalışıb. Lakin bu görüş heç-heçə yekunlaşıb.

Azərbaycan – Kuba 1,5:2,5

Şəhriyar Məmmədyarov – Yasser Kezada Peres – 1:0
Rauf Məmmədov – Karlos Albornos Kabrera – 0:1
Vasif Durarbəyli – Luis Ernesto Kezada Peres – 0:1
Nicat Abbasov – Omar Almeyda Kintana – 0,5:0,5

Ukrayna – Azərbaycan 2:2

Mariya Muzıçuk – Günay Məmmədzadə – 1:0
Anna Muzıçuk – Gövhər Beydullayeva – 0,5:0,5
Anna Uşenina – Gülnar Məmmədova – 0,5:05
Nataliya Buksa – Ülviyyə Fətəliyeva – 0:1

Digər Xəbərlər
Xəbər Lenti