Azərbaycan yığmasından Türkiyə ilə heç-heçə, İsrail üzərində qələbə

2 Avqust 2022 03:00 Şahmat 731
Azərbaycan yığmasından Türkiyə ilə heç-heçə, İsrail üzərində qələbə

Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadası davam edir.

Sportinfo.az xəbər verir ki, 4-cü turun görüşləri keçirilib.

Azərbaycanın kişilərdən ibarət yığması Türkiyə, qadın millisi isə İsraillə qarşılaşıb.

Türkiyə seçməsi ilə qarşılaşma heç-heçə bitib. Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqibləri ilə heç-heçə ediblər. Millinin heyətində yeganə qələbəni Vasif Durarbəyli qazanıb.

Qədir Hüseynov isə görüşdən məğlub ayrılıb. Komandamız ilk turda Əlcəzairi 4:0, 2-ci turda Filippini 3:1, 3-cü turda isə Argentinanı 2,5:0,5 hesabı ilə üstələmişdi.

Qadınlardan ibarət yığma isə İsrail seçməsinə qalib gəlib. Günay Məmmədzadə və Gövhər Beydullayeva rəqibləri ilə heç-heçə ediblər. Xanım Balacayeva və Ülviyyə Fətəliyeva isə görüşlərini qalibiyyətlə başa vurublar.

Komandamız ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, 3-cü turda isə Yunanıstanı 2,5:1,5 hesabı ilə üstələmişdi.

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Türkiyə – Azərbaycan 2:2

Mustafa Yılmaz – Şəhriyar Məmmədyarov – 0,5:0,5
Əmrə Can – Rauf Məmmədov – 0,5:0,5
Vahap Sanal – Qədir Hüseynov – 1:0
Cəmil Can Ali Marandi – Vasif Durarbəyli – 0:1

İsrail – Azərbaycan – 1:3

Marsel Yefroimski – Günay Məmmədzadə – 0,5:0,5
Dina Belenkaya – Xanım Balacayeva – 0:1
Maşa Klinova – Gövhər Beydullayeva – 0,5:0,5
Mixal Lahav – Ülviyyə Fətəliyeva – 0:1

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı