Azərbaycan millisi Argentinaya qalib gəldi

1 Avqust 2022 02:50 Şahmat 555
Azərbaycan millisi Argentinaya qalib gəldi

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Sportinfo.az xəbər verir ki, yığma III turda Yunanıstan seçməsini sınağa çəkib.

Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb.

Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələyib.

Azərbaycan - Yunanıstan - 2,5:1,5

Günay Məmmədzadə - Stavrula Tsolakidu - 0,5:0,5

Xanım Balacayeva - Anastasiya Avramidu - 0,5:0,5

Gövhər Beydullayeva - Yekaterina Pavlidu - 1:0

Gülnar Məmmədova - Haritomeni Markantonaki - 0,5:0,5

Kişilərdən ibarət yığma III turda Argentina seçməsinə qalib gəlib.

Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasov isə heç-heçəyə razılaşıb.

Komanda ilk turda Əlcəzairi 4:0, II turda isə Filippini 3:1 hesabı ilə üstələyib.

III tur

Azərbaycan – Argentina 2,5:0,5

Şəhriyar Məmmədyarov - Fernando Peralta - 1:0

Rauf Məmmədov - Federiko Peres - 1:0

Qədir Hüseynov - Leandro Krisa (görüş davam edir)

Nicat Abbasov - Dieqo Flores - 0,5:0,5

Xəbər Lenti