Azərbaycan millilərindən Əlcəzair və BƏƏ üzərində parlaq qələbə!

30 İyul 2022 01:10 Şahmat 507
Azərbaycan millilərindən Əlcəzair və BƏƏ üzərində parlaq qələbə!

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi bu gün Hindistanın Çennay şəhərində start götürən Ümumdünya Şahmat Olimpiadasına qələbəylə start verib.

Sportinfo.az xəbər verir ki, yığma komanda ilk görüşündə Əlcəzair seçməsinə 4:0 hesabı ilə qalib gəlib.

Azərbaycan – Əlcəzair 4:0

Rauf Məmmədov – Əli Nəssr 1:0

Qədir Hüseynov – Lamin Brahami 1:0

Vasif Durarbəyli – Massinas Cabri 1:0

Nicat Abbasov – Kalil Benqerabi 1:0

Qadınlardan ibarət Azərbaycan millisi də ilk görüşündə 4:0 hesabı ilə qalib gəlib. Komandamız BƏƏ-ni məğlubiyyətə uğradıb.

Azərbaycan – BƏƏ 4:0

Xanım Balacayeva – Moza Əl-Mənsuri 1:0

Gövhər Beydullayeva – Vafiya Əl-Maamari 1:0

Gülnar Məmmədova – Aişə Əl-Maini 1:0

Ülviyyə Fətəliyeva – Essa Ruda 1:0

Avqustun 10-da başa çatacaq Ümumdünya Şahmat Olimpiadasının ilk turunda Azərbaycanın kişilərdən ibarət millisi də Əlcəzairə 4:0 hesabı ilə qalib gəlib.

Xəbər Lenti