Millinin üzvləri Fərid Qayıbovla görüşdü, ona suallar verdi

26 İyul 2022 02:40 Şahmat 771
Millinin üzvləri Fərid Qayıbovla görüşdü, ona suallar verdi

Gənclər və idman naziri Fərid Qayıbov 44-cü Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanı təmsil edəcək milli komandanın üzvləri ilə görüşüb.

Sportinfo.az xəbər verir ki, şahmatçıları salamlayan F.Qayıbov onların hazırlığı ilə maraqlanıb, qarşıdakı yarışda uğurlar arzulayıb.

Şahmatçılarla fikir mübadiləsi aparan nazir onların suallarını cavablandırıb.

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov həm kişi, həm də qadın yığma komandaların üzvlərini təqdim edib.

Bildirib ki, hər iki kollektivin heyəti yetərincə təcrübəli şahmatçılardan ibarətdir.

Görüşdə nazir müavini Mariana Vasileva, AŞF-nin vitse-prezidenti Faiq Həsənov və baş katibi İlahə Qədimova da iştirak ediblər.

Şahmat Olimpiadası iyulun 28-dən avqustun 10-dək Hindistanın Çennay şəhərində keçiriləcək. Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub.

Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edəcəklər.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”